Azərbaycanın elektrik enerjisi ixracı və idxalı artıb - Hesabat

11:50 - 15.07.2021


15 iyul, Fineko/abc.az. 2021-ci ilin yanvar-iyun ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, iyun ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2.278,0 mlrd. kVt·st, ixracı 99,01 mln. kVt·st, idxalı 12,1 mln. kVt·st olub.

Energetika Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə iyun ayında respublika üzrə elektrik enerjisinin istehsalı 122,8 mln. kVt·st, ixrac 0,4 mln. kVt·st, idxal isə 2,9 mln. kVt·st artıb.

Cari  ilin yanvar-iyun aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 254,2 mln.kVt·st artaraq 13.206 mlrd. kVt·st olub.

 

Вся лента