Azərbaycanda yeni buğda standartı tətbiq olunub

16:00 - 15.07.2021


15 iyul, Fineko/abc.az. Çörəkbişirmə sənayesində yüksək keyfiyyət səviyyəsinin müəyyənləşməsinə və istehlakçıların çörək məmulatlarına dair tələb və gözləntilərinin təmin edilməsinə kömək göstərəcək AZS 894:2021 “Çörək sənayesi üçün buğda unu. Texniki şərtlər” dövlət standartı təsdiq edilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən ABC.AZ-a daxil olmuş məlumata görə, yeni standartın tətbiqi ölkənin ərzaq təhlükəsizliyi baxımından taxıl məhsulları üzrə təchizat dayanıqlığının artırılmasına xidmət edəcək.

Qeyd edək ki, Dövlət standartı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Standartlaşdırma İnstitutu publik hüquqi şəxs tərəfindən hazırlanıb.

 

Вся лента