Azərbaycan sahibkarları bu qədər ölkə ilə ticarət əməliyyatları həyata keçirib

10:41 - 16.07.2021


16 iyul, Fineko/abc.az. 2021-ci ilin yanvar-may aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 100 ölkəyə məhsul ixrac olunub, 156 ölkədən idxal olunub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 11957,6 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 7564,7 milyon dollarını və ya 63,3 faizini ölkədən ixrac olunmuş məhsulların, 4392,9 milyon dollarını (36,7 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 3171,8 milyon dollar məbləğində müsbət saldo yaranıb.

2020-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 21,3 faiz artıb, real ifadədə isə 10,2 faiz, o cümlədən idxal 13,4 faiz, ixrac 7,8 faiz azalıb.

Müəllif: Elmir Murad

Вся лента