Azərbaycana idxal olunan avtomobillər artıb - Hesabat

11:05 - 17.07.2021


17 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycana 397,6 milyon ABŞ dolları dəyərində 39 643 ədəd müxtəlif təyinatlı avtomobil gətirilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 37,1% və 69,3% çoxdur.

Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 21,05 % azalaraq 60 ədəd (4,9 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 67,6 % artaraq 36 741 ədəd (345,4 milyon ABŞ dolları dəyərində) təşkil edib.

 

Вся лента