Bitkoin yaxın zamanlarda dəyər itirə bilər - Proqnoz

11:00 - 22.07.2021


22 iyul, Fineko/abc.az. Avrozona və İngiltərə iqtisadiyyatları fonunda nikbinliyin artması, avro və funtun da bahalaşmalarına səbəb olub.

Lakin investorların bunun fundamental göstəricilərlə də təsdiqlənməsini gözlədikləri üçün gələcək məzənnələr fonunda qeyri-müəyyənlik hökm sürür.

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30-da Avropa Mərkəzi Bankının önəmli açıqlamaları olacaqdır.

Bu, əlvan metallar bazarlarında da böhran maliyyə aləti kimi qızıla olan tələbi azaldıb və ucuzlaşmasına səbəb olub.

Kriptovalyuta birjalarında isə bitkoin 29 minə kimi ucuzlaşdıqdan sonra bahalaşıb.

Lakin bahalaşma dalğası yenidən 34 mində müqavimətlə rastlaşaraq, ucuzlaşma ilə əvəz ediləcəyi proqnozlaşdırılır.

Вся лента