Müştərilər "AFB Bank"dan üz döndərir - Hesabat

12:02 - 23.07.2021


23 iyul, Fineko/abc.az. 30 iyun 2021-ci il tarixinə "AFB Bank" ASC-nin aktivləri 259.395 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 22.029 milyon manat azdır.

ABC.AZ index.az-a istinadən xəbər verir ki, bu barədə bankın 2021-ci ilin II rübünə dair maliyyə hesabatında qeyd edilib.

Təhlil göstərir ki, hesabat dövrünün sonuna bankın kredit portfeli 162.415 milyon manat təşkil edib. İl ərzində bankın kredit portfeli 19.814 milyon manat kiçilib.

Kredit portfelinin strukturuna nəzər salanda məlum olur ki, istehlak kreditləri 23.593 milyon manat (4.153 milyon manat azalma), biznes kreditləri 95.096 milyon manat (18.345 milyon manat azalma), 43.727 milyon manat (2.684 milyon manat artım) təşkil edir.

Mümkün zərər üçün "AFB Bank" 41.415 milyon manatlıq məqsədli ehtiyat yaradıb.

2021-ci ilin iyulun 1-ə bankın depozit portfeli 89.731 milyon manat təşkil edib. Başqa sözlə, il ərzində 20.838 milyon manat kiçilib. Depozit portfelinin strukturuna nəzər salanda məlum olur ki, fiziki şəxslər bankdan 12.624 milyon manat, hüquqi şəxslər isə 8.213 milyon manat geri çəkib.

Ötən ilin ilk yarısını bank 3.2 milyon manat xalis mənfəətlə başa vurduğu halda, bu ilin eyni dövrünə qazancı 8.2 milyon manata çatır. Bunun hesabına bankın bölüşdürülməmiş zərəri 14.417 milyon manata enib.

 

Вся лента