Nağdsız ödənişlərin ən çox həyata keçirildiyi vasitələr - Siyahı

17:22 - 23.07.2021


23 iyul, Fineko/abc.az. Təkcə iyun ayında 824 mln. manatlıq nağdsız ödənişlər həyata keçirilib və bu may ilə müqayisədə 9,1% çoxdur.

ABC.AZ-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın ilin birinci yarısı ilə bağlı hesabatında qeyd olunub.

Hesabata əsasən, iyun ayında nağdsız ödənişlərin 51 mln. manatı ATM-lər vasitəsilə, 327 mln. manatı POS-terminallar vasitəsilə, 446 mln. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, iyunda ATM-lər vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmində yeni rekord qeydə alınıb.

 

Вся лента