"Muğanbank" müştərilərə verilən kreditləri artırıb - Hesabat

15:57 - 27.07.2021


27 iyul, Fineko/abc.az. 2020-ci ilin sonu ilə müqayisədə 2021-ci ilin 1-ci yarısı ərzində "Muğanbank"-ın cəmi aktivləri 22 miylon 491 min manat və ya 3,8% artaraq 613 milyon 397 min manata çatıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə müştərilərə verilmiş kreditlər isə 35 milyon 71 min manat və ya 10,4% artaraq 371 milyon 17 min manata yüksəlib.

30 İyun 2021-ci il tarixində "Muğanbank" ASC 101 milyon 334 min manat məcmu kapitala malik olub, bu da minimal tələbdən 2 dəfə çoxdur.

"Muğanbank" 2020-ci ilin yekununda 91 milyon 697 min manat məcmu kapitala malik idi. Bank normalara artıqlaması ilə cavab verir.

Belə ki, “Muğanbank”-da 1-ci dərəcəli  kapitalın adekvatlıq əmsalı 14,94% (norma minimum 5%), məcmu kapitalın adekvatlıq əmsalı 18,79% (minimal 10% olmalıdır), Leverec əmsalı 12,64% (minimal 4% olmalıdır) təşkil edib.

 

Вся лента