Azərbaycanla Serbiya arasında biznes forum - Ticarət məsələləri müzakirə olunub

16:23 - 27.07.2021


27 iyul, Fineko/abc.az. Azərbaycan-Serbiya biznes forumu keçirilib.

ABC.AZ xəbər verir ki, iki ölkə rəsmilərinin də qatıldığı forumda Azərbaycan və Serbiyanın iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətləri iştirak edib.

Əvvəlcə Azərbaycanda qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən ardıcıl və məqsədyönlü işlər, əldə olunan uğurlu nəticələr barədə məlumat verilib.

Serbiyanın Ticarət və Sənaye Palatası Prezidentinin müşaviri Srdjan Popovic ölkəsinin Azərbaycanla münasibətlərinin inkişafından bəhs edib.

 

Вся лента