Ticarət və xidmət sektoruna kredit qoyuluşu artıb

16:37 - 27.07.2021


27 iyul, Fineko/abc.az. 2021-ci ilin iyulun 1-nə Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6,8% artaraq 2,558 mlrd. manata çatıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.

Qeyd olunub ki, ticarət və xidmət sektoruna kredit qoyuluşu aylıq müqayisədə isə 0,1% azalıb. İlin əvvəlindən isə bu göstərici 1,9% azalıb.

Sözügedən sektorun kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 16,8 % təşkil edib ki, bu da aylıq müqayisədə 0,2 faiz bəndi azalıb, illik müqayisədə isə 0,3 faiz bəndi artıb.

 

Вся лента