“Naxçıvanbank”da azalmalar - Hesabat

17:17 - 27.07.2021


27 iyul, Fineko/abc.az. Naxçıvan Muxtar respublikasının yeganə kommersiya bankı “Naxçıvanbank” ASC 2021-ci ilin ilk altı ayında aktivlərini 22.43 mln. manat, yaxud 7.5% azaldıb.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu barədə bankın 1 iyul 2021-ci il tarixinə olan maliyyə hesabatında bildirilir.

Hesabat dövrünə bankın aktivlərinin həcmi 276.15 mln. manat olub.

Bankın aktivlərinin 125.09 mln. manatı müştərilərə verilmiş kreditlər təşkil edib, burada da 45.46 mln. manatı istehlak, 67.42 mln. manatı biznes və 12.2 mln. manatı isə daşınmaz əmlaka verilən kreditlər təşkil edib.

Bankın öhdəlikləri yarımilin sonuna 181.09 mln. manata düşmüş, bunun da 118.76 mln. manatı depozitər təşkil edib.

Depozit portfeli isə son altı ay ərzində 23.4 mln. manat, yaxud 16.5% kiçilib.

Cəmi kapitalın həcmi 95.06 mln. manat olmaqla, bunun da 11.01 mln. manatı bölüşdürülməmiş mənfəətdir.

 

Вся лента