Toylara giriş belə olacaq

17:30 - 27.07.2021


27 iyul, Fineko/abc.az. Toyların keçirildiyi zalın girişində mərasimdə iştirak edəcək qonaqların COVID-19-a qarşı peyvənd edilməsi və ya immunitet sertifikatına malik olması barədə təsdiqedici sənədlərə malik olması vəziyyəti yoxlanılır.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən ABC.AZ-a bildirilib ki, Monitorinq qrupları vətəndaşlara narahatlıq yaratmamaq üçün toyun keçirildiyi məkana mümkün qədər daxil olmamağa çalışırlar.

Lakin, qoyulan tələblər kobud şəkildə pozularsa, qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçirilir. Bu günədək 1200-dək çox obyektdə qayda və şərtlərə əməl olunması vəziyyəti araşdırılıb. Maarifləndirmə tədbirləri başlayandan bu günədək monitorinq aparılan mərasimlərdə iştirak edən 145 minədək qonağın müvafiq sənədlərinə baxılıbb, onlardan 16 min nəfərində bu və ya digər nöqsanlar aşkar edilib. Həmçinin şənlik təşkil edilən məkanların işçi heyətinin 680 nəfərdən çoxunun tələblərə əməl etmədiyi müəyyən olunub.

 

Вся лента