Neft qiymətləri artır, Brent bir barelə $74,79 təşkil edir

10:23 - 28.07.2021


28 iyul, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ötən həftə ABŞ-da ehtiyatların azalması barədə məlumatlardan sonra çərşənbə günü hərraclarında yüksəlir.

Amerika Neft İnstitutunun məlumatına görə, ötən həftə ABŞ-da xammal ehtiyatları 4,728 milyon barel azalıb.

Saat 9:30-da, London ICE Futures birjasında baş tutmuş ticarətdə  Brent neftinin sentyabr fyuçersi $0,31 (0,42%) – barrel başına $74,79-a yüksəldi. 27 iyul ayının nəticələrinə görə, Brent neftinin sentyabr fyuçersi bir barelə $0,02 (0,03%) - $74,48 qiymətinə düşüb.

Saat 9:30-da Nyu-York əmtəə birjasının (NYMEX) hərraclarında WTI-nin sentyabr fyuçersinin qiyməti $0,41 (0,57%) artaraq barel başına $72,06 təşkil edib. İyulun 27-də baş tutmuş ticarətin nəticələrinə görə, WTI-nin sentyabr fyuçersinin qiyməti $0,26 (0,36%) - barrel başına $71,65-ə düşüb.

         

Вся лента