“Finex Kredit”-in səhmdarları artıb - Təfərrüat

15:35 - 28.07.2021


28 iyul, Fineko/abc.az. “Finex Kredit” ASC bank olmayan kredit təşkilatına (BOKT) 6 yeni səhmdar gəlib.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, bu barədə BOKT-un idarəetmə hesabatından məlum olur.

Sənədə əsasən, yeni səhmdarlar 15,6% payla Azad Cəbrayılov, 14,1% payla Tokay Şıxaəlizadə, 4,6% payla Tofiq Cəfərov, 3,3% payla Azər Hacıyev, 2% payla Gülnarə Tağıyeva və 1,6% payla Sevil Hidayətovadır. Əvəzində digər səhmdarlardan Mobil Şərifov payını 31%-dən 14,8%-ə, Şəlalə Tağıyeva 26%-dən 19%-ə endirib, Sevda İbrahimova payını (24%) satıb, eyni zamanda Raminə Allahverdiyeva payını 18%-dən 18,3%-ə, Tahir Namazov payını 1%-dən 6,8%-ə çatdırıb.

Adları çəkilən 10 səhmdar “Finex Kredit”in 800 min manat dəyərində adi səhmlərinin sahibləridir.

BOKT-un 200 min manatlıq imtiyazlı səhmləri isə İlahə Zeynalovaya məxsusdur.

 

Вся лента