Prezident Kəlbəcər və Laçın rayonlarına pul ayırdı - Sərəncam

15:45 - 28.07.2021


28 iyul, Fineko/abc.az. Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

ABC.AZ-ın məlumatına görə, Sərəncama əsasən, Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi məqsədilə Azərbaycanın 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 10 milyon manat ayrılıb.

 

Вся лента