Azərbaycan məhsulları Rusiyada sərgidə

16:44 - 28.07.2021


28 iyul, Fineko/abc.az. Bu gün Tatarıstanın Kazan şəhərində “Russia Halal Expo 2021” Sərgisi öz işinə başlayıb.

ABC.AZ xəbər verir ki, sərgidə İqtisadiyyat Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Azərbaycan məhsulları da nümayiş olunur.

Azərbaycanın stendində sahibkarlar tərəfindən müxtəlif ət məhsulları, meyvə şirələri, mürəbbə və cemlər, bitki yağları, un və un məhsulları və s., eləcə də yerli məhsulların ixracı ilə məşğul olan şirkətlərin xidmətləri təqdim edilir.

 

Вся лента