AzerGold ötən il bu qədər mənfəət əldə edib

11:33 - 29.07.2021


29 iyul, Fineko/abc.az. 2020-ci ilin yekunları üzrə “AzerGold” QSC-nin xalis mənfəəti 99,7 milyon manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bunu cəmiyyətin sədri Zakir İbrahimov Real tv-yə müsahibəsində deyib.

“2020-ci ilin yekunları üzrə “AzerGold”un xalis mənfəətini bir il əvvəllə müqayisədə 4 dəfədən çox (4,7 dəfə - 99,7 milyon manat - İF) artırmağa müvəffəq olduq. Bu artımın əsas səbəbi keçən il qızılın bahalaşaraq koronavirus pandemiyası şəraitində tarixən yüksək göstəriciyə çatmasıdır. Biz qızılın yüksək qiymətlərindən maksimum istifadə etdik”, - deyə Z.İbrahimov  bildirib.

 

Вся лента