AMB valyuta hərracında banklara $49,9 mln satıb

12:43 - 29.07.2021


29 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, iyulun 29-da valyuta hərracında banklara $49,9 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $49,9 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın orta çəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

 

Вся лента