14:27 - 30.07.2021
30 iyul, Fineko/abc.az. "PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") bu ilin I yarısını 1,426 milyon lari (784 min manat) zərərlə başa vurub.
ABC.AZ renkinq.az-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 11,7 dəfə azdır.
Yanvar-iyun aylarında "PAŞA Bank Gürcüstan"ın əməliyyat gəlirləri 17,731 milyon lari (9,752 milyon manat, illik müqayisədə 7,8% az), əməliyyat xərcləri 20,729 milyon lari (11,401 milyon manat, 11,6% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 1,51 milyon lari (831 min manat, 1 il əvvəl ehtiyat yaradıb), gözlənilməz gəlirləri isə 63 min lari (35 min manat, 55,85% çox) təşkil edib.
Bu il iyulun 1-nə "PAŞA Bank Gürcüstan"ın aktivləri 413,542 milyon lari (227,448 milyon manat) olub ki, bu da 1 il əvvələ nisbətən 14,7% azdır. Bunun 269,402 milyon larisi (148,171 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 5,7% kiçilib.
Hesabat dövründə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri 15,8% azalaraq 338,95 milyon lariyə (186,423 milyon manat), o cümlədən depozit portfeli 25,25% azalaraq 182,761 lariyə (100,519 milyon manat), balans kapitalı isə 9,6% azalaraq 74,591 milyon lariyə (41,025 milyon manat) düşüb, o cümlədən nizamnamə kapitalı dəyişməyərək 103 milyon lari (56,65 milyon manat) qalıb.
1 lari = 0,55 manat
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
16 Апрель 2024
16 Апрель 2024
16 Апрель 2024
16 Апрель 2024
16 Апрель 2024
16 Апрель 2024
16 Апрель 2024