Yoluxanların sayı açıqlandı - 3 nəfər öldü

16:39 - 30.07.2021


30 iyul, Fineko/abc.az. Azərbaycanda bir gün ərzində 668 yeni yoluxma hadisəsi aşkarlanıb. Ötən gün isə 615 yoluxma haqıqnda bildirilmişdir.

Nazirlər Kabineti yanında operativ qərargahının məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda koronavirus infeksiyasına 343216 yoluxma halı aşkarlanıb.

Bir gün ərzində 178 nəfər müalicə olunaraq evə buraxılmışdır. Koronavirus infeksiyasından sağalanların ümumi sayı 332752 nəfər təşkil edir.

Sutka ərzində Azərbaycanda koronavirusdan 3 nəfər vəfat edib, COVİD-19-dan ölənlərin ümumi sayı isə 5022 nəfər təşkil edib.

Koronavirus infeksiyasının yeni hallarının aşkarlanması üçün gün ərzində 9881 test keçirilib, pandemiya başlandığı dövrdən isə cəmi 4 023 954 test edilmişdir.

 


Вся лента