Daha bir marşrut xətti "Bakıkart"a keçdi

11:19 - 3.08.2021


3 avqust, Fineko/abc.az. Avqustun 4-dən Bakıda 161 nömrəli müntəzəm marşrut xətti "Bakıkart"a inteqrasiya olunacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli məlumat verib.

V. Kərimli qeyd edib ki, bu günə qədər 69% marşrut xətti "Bakıkart"a keçib.

 

Вся лента