“Xalq Sığorta” geriləyib - Hesabat

12:30 - 5.08.2021


5 avqust, Fineko/abc.az. “Xalq Sığorta” şirkətinin yığımlarında azalma müşahidə olunur.

ABC.AZ banker.az-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın hesabatında deyilir.

2021-ci ilin iyun ayında “Xalq Sığorta” şirkətinin sığorta haqqları 13 milyon 40 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2% azalma deməkdir.

2020-ci ilin müvafiq dövründə isə sığorta şirkətinin yığımları 13 milyon 293 min manat təşkil edib.

Xatırladaq ki, “Xalq Sığorta” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58.75 milyon manatdır. Şirkətin səhmlərinin 50%-i “İdeal Business Co.” MMC-yə, 50%-i isə “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33.85%-lik səhmdarı, “Bank Avrasiya” ASC-nin 37.5%-lik səhmdarı) məxsusdur.

 

Вся лента