Laçına dairəvi yol çəkilir

12:32 - 6.08.2021


6 avgust, Fineko/abc.az. “Laçın rayonuna, şəhərə daxil olmadan uzunluğu 23 km olan yolun tikintisinə başlanılıb”.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov deyib.

Hidayət Rüstəmov  bildirib ki, alternativ yeni yol iki hərəkət zolaqlıdır. Hazırda Laçın şəhərinə gedən yol sülhməramlıların nəzarətindədir. Bu məqsədlə biz rahat hərəkətin təmin edilməsi üçün şəhərdən yan keçən dairəvi yolun tikintisinə başlamışıq. Gələcəkdə bu istiqamətdə yeni layihələrin icrası gözlənilir.

 

Вся лента