SOCAR iyulda Litvadan Ukraynaya 4 min ton avtomobil benzini idxal edib

11:12 - 10.08.2021


10 avqust, Fineko/abc.az. Bu ilin iyul ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi “SOCAR Energy Ukraine” şirkəti bu ölkəyə 4 min ton avtomobil benzini idxal edib.

Ukrayna mətbuatının verdiyi xəbərə görə, bu barədə “A-95” konsaltinq qrupunun hesabatında deyilir.

Məlumata görə, bu, iyun ayında idxal edilən avtomobil benzinin həcmləri ilə müqayisədə 0,1 min ton və ya 2,6 % çoxdur. Azərbaycan şirkətinin Ukraynaya idxal etdiyi avtomobil benzinin bütün həcmləri Litvadan gətirilib.

Ümumilikdə bu ilin iyul ayı ərzində Ukrayna bazarına 109,1 min ton avtomobil benzini idxal edilib. Bu, 2020-ci ilin analoji dövrü ilə müqayisədə təxminən eynidir. 2020-ci ilin iyul ayına olan göstərici 108,8 min təşkil edib.

© Report.az

Вся лента