“Azərsu” Neftçalada su təchizatının yaxşılaşdırılması üçün yeni layihəyə başladı

15:49 - 10.08.2021


10 avqust, Fineko/abc.az. “Azərsu” ASC  Neftçala rayonunun 20 min nəfər sakinin yaşadığı 12 yaşayış məntəqəsini (Mirzəqurbanlı, Tatarməhlə, Abbasalılı, Mirqurbanlı, Həsənabad, Qoltuq, Uzunbabalı, Kürqarabucaq, Birinci Qaralı, İkinci Qaralı, Qədimkənd, Yuxarı Qaramanlı kəndləri) su təchizatının yaxşılaşdırılması üçün yeni layihəyə başlayır.

Qurumdan ABC.AZ-a verilən məlumata görə  2020-ci ilin noyabrında Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə çəkilmiş magistral xəttin istismara verilməsi rayon mərkəzi ilə yanaşı, bəzi kəndlərin də içməli su təchizatı üçün imkanlar yaradıb.

Ümumilikdə Neftçala rayonunun 12 kəndində həyata keçirilən layihələr çərçivəsində 20 min nəfər sakinin su təchizatı yaxşılaşdırılacaq. Gələcəkdə Neftçala rayonunun kəndlərinə verilən içməli suyun həcminin artırılması məqsədilə Salyan şəhərindən Neftçalaya ikinci magistral kəmərin inşası nəzərdə tutulur. Bu kəmər hesabına daha 8 kəndin içməli su təchizatı yaxşılaşdırılacaq.

 

Вся лента