Yeddi ayda ixrac olunan qazın dəyəri açıqlanıb

15:28 - 16.08.2021


16 avgust, Fineko/abc.az. 2021-ci ilin 7 ayında Azərbaycan Avropaya 773 711,28 min ABŞ dolları dəyərində 3 040 577 720 kubmetr həcmində qaz ixrac edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, Avropaya ixrac edilən qazın 2 561 584 640 kubmetri (658 300,34 min dollar dəyərində) İtaliyanın, 344 085 150 kubmetri (96 100,99 min dollar) Yunanıstanın, 134 907 930 kubmetri isə (19 309,95 min dollar) Bolqarıstanın payına düşüb.

Bununla yanaşı, hesabat dövründə Azərbaycan Türkiyəyə 974 456,63 min dollarlıq 6 793 223 800 kubmetr qaz ixrac edib. Yanvar-iyul aylarında Azərbaycan Gürcüstana 261 704,04 min dollar dəyərində 2 094 456 690 kubmetr qaz nəql edib. Bununla yanaşı, hesabat dövründə Azərbaycan İrana 5 043,03 min dollar dəyərində 132 864 620 kubmetr qaz ixrac edib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınıb.

 

Вся лента