“Qazprom”un qərarından sonra Avropada qaz qiymətləri rekord həddə çatdı

17:30 - 16.08.2021


16 avgust, Fineko/abc.az. Avropada qazın qiyməti 1 000 kubmetr üçün 580 ABŞ dollarını keçərək yeni rekord müəyyən edib.

Xarici mətbuata istinadən xəbər verilir ki, Avropanın ən likvid habı hesab olunan TTF indeksi üzrə sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti bazar ertəsi ticarət sessiyasının gedişatında 1 000 kubmetr üçün 586,3 ABŞ dollarına çatıb.

Qazın rekord dərəcədə bahalaşması Rusiyanın təbii qaz inhisarçısı - “Qazprom”un Ukraynanın qaz-nəqliyyat sisteminin əlavə bərk tranzit güclərinin yalnız 4 %-ni bronlaşdırmaq qərarından sonra baş verib. Daha əvvəl isə təbii qazın qiyməti “Qazprom” şirkətinin Yamal-Nen muxtar dairəsində yerləşən zavodunda baş verən yanğından sonra “Yamal-Avropa” qaz kəməri üzrə nəqlin aşağı düşməsi fonunda artırdı.

© Report

Вся лента