Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat

15:08 - 17.08.2021


17 avgust, Fineko/abc.az. Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat olub.

Xəbər verilir ki, Müslümzadə Maqsud Arifoviç Daxili audit, uyğunluq və nəzarət xidmətləri şöbəsinin müdiri təyin edilib. O, bu vəzifəsinin icrasına 2021-ci ilin avqustundan başlayıb.

Xatırladaq ki, Maqsud Müslümzadə daha əvvəl “Bakı Sığorta” ASC-nin Ümumi audit departamentinin direktor müavini, “AzSığorta” ASC-nin Sığorta və təkrarsığorta əməliyyatları departamentinin direktoru və “Qala Sığorta” ASC-nin Daxili audit xidmətinin rəhbəri vəzifəsində çalışıb.

 

Вся лента