Yarım ildə faiz gəlirləri azalan banklar - Siyahı

18.08.2021,11:24


18 avqust, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan  bəzilərinin ilin I yarısındakı faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

ABC.AZ renkinq.az-a istinadla xəbər verir ki, bunlar “Express Bank”, “Azər-Türk Bank”, “Premium Bank”, “Bank BTB”, “Muğan Bank”, “Azərbaycan Sənaye Bankı”, “Xalq Bank” və “AFB Bank” ASC-lərdir.

Ən çox azalma “AFB Bank”da (54%), ən az azalma isə “Express Bank”da (3,3%) qeydə alınıb.

Qalan digər bankalrın isə faiz gəlirləri artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (85,3%), ən aşağı dinamika isə “Bank Respublika” ASC-də (2,9%) qeydə alınıb.