"ABB İnvest İnvestisiya Şirkəti" ötən ili zərərlə başa vurub

14:29 - 18.08.2021


18 avgust, Fineko/abc.az. "ABB-İnvest İnvestisiya Şirkəti" QSC 2020-ci ili 39 min manat xalis zərərlə başa vurub.

ABC.AZ renkinq.az-a istinadla xəbər verir ki, bu barədə qurumun maliyyə hesabatında deyilir.

Sənədə əsasən, ötən il "ABB-İnvest"in vergiyəqədərki zərəri 48 min manat, mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 10 min manat təşkil edib.

Bu il yanvarın 1-nə investisiya şirkətinin aktivləri 262 min manat olub ki, bunun da 1 min manatı onun öhdəlikləri, 261 min manatı isə balans kapitalının hesabına formalaşıb.

 

Вся лента