İyul ayında ölkədə elektrik enerjisi istehsalı artıb

16:40 - 18.08.2021


18 avgust, Fineko/abc.az. 2021-ci ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2639,03 mln. kVt•st, ixracı 153,5 mln. kVt•st, idxalı 11,2 mln. kVt•st olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 244,2 mln. kVt•st, ixrac 46,0 mln. kVt•st artıb, idxal isə 1,5 mln. kVt•st azalıb.

ABC.AZ xəbər verir ki, Energetika Nazirliyinin yaydığı məlumata görə, Cari  ilin 7 ayı ərzində isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 498,5 mln. kVt•st artaraq 15845,0 mln kVt•st olub.

Hesabat dövründə ötən ilin 7 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 395,9 mln. kVt•st artaraq 14754,8 mln kVt•st, SES-lərdə 102,9 mln. kVt•st artaraq 877,4 mln. kVt•st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 0,3 mln. kVt•st azalaraq 212,8 mln. kVt•st olub. Külək elektrik stansiyalarında 55,4 mln. kVt•st, günəş elektrik stansiyalarında 32,2 mln. kVt•st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 125,2 mln. kVt•st elektrik enerjisi istehsal edilib.

Yanvar-iyul aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 14227,5 mln. kV•ts (İES-lərdə 13463,6 mln. kVt•st, SES-lərdə 763,9 mln. kVt•st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 263,9 mln. kV•st (İES-lərdə 131,2 mln. kVt•st, SES-lərdə 103,2 mln. kVt•st, GES-də 29,5 mln. kVt•st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 41,04 mln. kVt•st, müstəqil elektrik stansiyaları üzrə 1312,56 mln. kVt•st təşkil edib.

 

Вся лента