Energetika Nazirliyinin səlahiyyəti artırılıb

16:19 - 20.08.2021


20 avgust, Fineko/abc.az. Energetika Nazirliyinin səlahiyyəti artırılıb.

ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanı ilə Energetika Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişikliyə əsasən, Energetika Nazirliyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna uyğun olaraq enerji auditinin həyata keçirilməsi üçün fiziki şəxslərə ixtisas attestatı verəcək, habelə enerji idarəçisinin (menecerinin) attestasiyadan keçirilməsində iştirak edəcək.

Nazirlik, həmçinin, eyni qanuna uyğun olaraq, enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrini aparacaq və onların fəaliyyətinə nəzarət edəcək, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətini həyata keçirəcək, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin dairəsini müəyyən edəcək, bu sahədə müvafiq tədbirlərinin həyata keçirilməsini təmin edəcək, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin enerji effektivliyi fondundan maliyyələşdirilməsi üçün təkliflər verəcək.

 

Вся лента