Faiz xərcləri artan banklar - Siyahı

11:27 - 23.08.2021


23 avqust, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-nun bu ilin I yarısındakı faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

ABC.AZ renkinq.az-a istinadla xəbər verir ki, bunlar “Bank of Baku”, “Azərbaycan Sənaye Bankı”, “Premium Bank”, “Xalq Bank”, “Azər-Türk Bank”, “Bank Avrasiya”, “AFB Bank”, “Yelo Bank” və “Express Bank” ASC-lər, eləcə də “Yapı Kredi Bank Azərbaycan” QSC-dir.

1 bankın – Pakistan Milli Bankının Bakı filialının bu ilin yanvar-iyun aylarında faiz xərcləri olsa da, ötən ilin eyni dövründə olmayıb. Odur ki, bu bankın faiz xərclərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Qalan 15 bankın isə faiz xərcləri artıb. Ən yüksək dinamika İran Milli Bankının Bakı filialında (64,3%), ən aşağı dinamika isə “Azərbaycan Beynəlxalq Bankı” ASC-də (0,3%) qeydə alınıb.

 

Вся лента