Azərbaycanın neft hasilatı azalıb - Hesabat

10:16 - 24.08.2021


24 avgust, Fineko/abc.az. 2021-ci ilin yanvar-iyul ayları üzrə Azərbaycanda təxminən 20,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, sözügedən dövrdə neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 522,2 min ton az olub.

Respublika üzrə neft hasilatının 13,3 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,2 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,6 milyon ton təşkil edib. Hesabat dövründə təxminən 16,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 15,6 milyon tondan çoxu konsorsiumun, 823,7 min tonu isə SOCAR-ın payına düşür. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq dövrünə nisbətən, təxminən 517,5 min ton, yəni 3 faiz azdır.

Müəllif: Elmir Murad

Вся лента