Qeyri-faiz xərcləri artan banklar - Siyahı

15:09 - 24.08.2021


24 avgust, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 6-nın bu ilin I yarısındakı qeyri-faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

ABC.AZ renkinq.az-a istiandla  xəbər verir ki, bunlar “Azər-Türk Bank”, “Bank Respublika”, “Bank BTb” və “AFB Bank” ASC-lər, eləcə də İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır.

Ən çox azalma “AFB Bank”da (17,8%), ən az azalma isə “Azər-Türk Bank”da (0,6%) qeydə alınıb.

Qalan 20 bankın isə qeyri-faiz xərcləri artıb. Ən yüksək dinamika “Rabitəbank” ASC-də (49,9%), ən aşağı dinamika isə “Premium Bank” ASC-də (0,9%) qeydə alınıb.

 

Вся лента