Bu Fondun İdarə Heyətinin sədri dəyişdi - Nazir əmr verdi

14:16 - 26.08.2021


26 avgust, Fineko/abc.az. Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədri vəzifəsinin icrası müvəqqəti olaraq Osman Xaliyevə həvalə olunub.

ABC.AZ xəbər verir ki, bu İqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə baş tutub.

Fondun bundan əvvəlki rəhbəri Kənan Nəcəfov bir neçə geün əvvəl prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Neft Şirkətiniin - SOCAR-ın vitse-prezidenti təyin edilib.

Osman Xaliyev 2021-ci ilin iyun ayından etibarən Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

Bu təyinatadək o həmin qurumda İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

 

Вся лента