Azərbaycanda 10 bank xüsusi ehtiyatlara vəsait ayırmayıb

27.08.2021,11:07


27 avqust, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-u bu ilin I yarısında xüsusi ehtiyatlara vəsait ayırmayıb.

ABC.AZ  renkinq.az-a istinadla  xəbər verir ki, bunlar “Express Bank”, “Azər-Türk Bank”, “Bank BTB”, “Bank VTB Azərbaycan”, “Bank of Baku”, “Bank Respublika”, “AFB Bank”, “Premium Bank” və “Yelo Bank” ASC-lər, eləcə də Pakistan Milli Bankının Bakı filialıdır.

Başqa sözlə, bu banklar xüsusi ehtiyatlara ayırmalar üzrə qənaət ediblər. Bu baxımdan ən yüksək göstərici “Yelo Bank”da (8,05 milyon manat), ən aşağı göstərici isə Pakistan bankında (12 min manat) qeydə alınıb.

Qalan 16 bank isə müxtəlif məbləğlərdə ehtiyatlar yaradıb. Ayırmaların ən yüksək həddi “Kapital Bank” ASC-də (53,523 milyon manat), ən aşağı həddi isə “Muğan Bank”da (212 min manat) qeydə alınıb.