Otellərə buraxılış sabahdan belə olacaq - Şərtlər

17:06 - 31.08.2021


31 avgust, Fineko/abc.az. Avqustun 30-da Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə 250-ə yaxın mehmanxana nümayəndəsi ilə onlayn görüş keçirilib.

DTA-dan ABC.AZ-a daxil olan məlumata görə, görüşdə ölkə ərazisində fəaliyyət göstərən mehmanxanaların xüsusi karantin rejimi dövründə fəaliyyətinə dair tələblər müzakirə olunub.

DTA nümayəndələri iştirakçılara COVID-19 pasportunun tələb olunduğu qonaq kateqoriyası, qonaqlardan COVID-19 pasportunun tələb olunacağı tarix, dozaların sayı, eləcə də mehmanxanada çalışan işçilərin peyvənd olunması ilə bağlı tələblərə dair ətraflı izahlar veriblər.

Əlavə olaraq mehmanxana nümayəndələrinə 1 sentyabr tarixindən etibarən işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olmasının tələb edildiyi ilə bağlı xatırlatma edilib.

Nazirlər Kabinetinin 151 saylı qərarına əsasən 1 sentyabr 2021-ci il tarixindən mehmanxanalarda qapalı məkanlarda yalnız 2-ci doza vaksini qəbul etmiş, immunitet arayışı və ya əksgöstəriş sertifikatı olan şəxslərə xidmət göstəriləcək.

 

Вся лента