Türkiyədə inflyasiya böyüyüb - Mərkəzi Bankdan açıqlama

11:29 - 3.09.2021


3 sentyabr, Fineko/abc.az. Türkiyə Statistika Komitəsi (TÜİK) avqust ayına dair inflyasiya məlumatlarını açıqlayıb.

ABC.AZ xəbər verir ki, avqust ayında inflyasiya Mərkəzi Bankın 19% olan pul siyasət faizini keçib.

Belə ki, avqustda Türkiyədə istehlakçı qiymətləri indeksi (inflyasiya göstəricisi) ötən ilin eyni dövrü ilə müqayisədə 19,25% artıb.

Aylıq müqayisədə baxıldığında, iyul ayına nisbətdə avqust ayında istehlakçı qiymətlərində artım 1,12% təşkil edib.

İqtisadçıların proqnozu qiymətlərdə aylıq artımın 0,7%, illik artımın isə 18,7% olacağı istiqamətində idi. İyulda 17,22% olan illik baza inflyasiya 16,76%-ə geriləyib.

 

Вся лента