Dövlət borclarına xidmətlə bağlı xərclərə bu qədər vəsait ayrılacaq - Proqnoz

14:19 - 9.09.2021


9 sentyabr, Fineko/abc.az. 2022-2024-cü illərdə ortamüddətli dövr üzrə Azərbaycanın dövlət büdcəsindən dövlət borclarına xidmətlə bağlı xərclərə 7 milyard 214 milyon manat yönəldilməsi proqnozlaşdırılır.

ABC.AZ-ın məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir.

2022-ci ildə dövlət borclarına xidmətlə bağlı 1 milyard 912 milyon manat, 2023-cü ildə 1 milyard 792 milyon manat, 2024-cü ildə 1 milyard 814 milyon manat, 2025-ci ildə isə 1 milyard 696 milyon manat yönəldilməsi proqnozlaşdırılır.

Qeyd edək ki, 2021-ci ilin ilk yarısında Azərbaycan dövlət borcunun ödənilməsinə 883,5 milyon manatdan çox vəsait yönəldib. İlin ikinci yarısında daha 1 milyard 315 milyon manatın dövlət borcunun ödənilməsinə yönəlməsi gözlənilir.

 

Вся лента