12:18 - 10.09.2021
10 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda iqtisadi artım 3,6%-ə çatıb, o cümlədən qeyri-neft sektorunda 5,5%-dən çox artım qeydə alınıb.
ABC.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə çıxış edərkən bildirib.
Onun sözlərinə görə, iqtisadi artıma təsir edən mühüm amillərdən biri özəl müəssisələr üzrə əsas kapitala yönəldilən investisiyalardır.
"Biz ilin ilk yeddi ayında özəl investisiyalarda 1,7% səviyyəsində artım qeydə almışıq. Ölkənin ixracı 31%, o cümlədən qeyri-neft ixracı 37% artaraq 1,6 mlrd. dollara çatıb. Digər makrofiskal, makroiqtisadi göstəricilər kifayət qədər nikbindir və bir sıra proqnozu üstələyir", - deyə nazir qeyd edib.
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
16 Апрель 2024
17 Апрель 2024
17 Апрель 2024
18 Апрель 2024