Apple 4 yeni modelini təqdim edəcək – Sabah

15:34 - 13.09.2021


13 sentyabr, Fineko/abc.az. Apple-ın maraqla gözlənilən növbəti təqdimatına saatlar qalıb.

ABC.AZ xəbər verir ki, yeni iPhone-lar ilə əlaqədar bəzi detallar da müəyyən olmağa başlayıb.

Belə ki, ABŞ-ın texnologiya nəhənginin 14 Sentyabrda keçirəcəyi təqdimatda iPhone 13 modellərinin təqdim ediləcəyi gözlənilir.

Əvvəlki illərdə çıxan iPhone modellərinə dair doğru təxminlərilə tanınan məşhur Apple analitiki Ming-Chi Kuo, iPhone 13 ilə bağlı son araşdırmasını dərc edib.

Kuoya görə, Apple, sabah Bakı vaxtı ilə saatı 21:00-da başlayacaq təqdimatda, 4 yeni iPhone modeli təqdim ediləcək: iPhone 13 mini, iPhone 13, iPhone 13 Pro və iPhone 13 Pro Max.

Müəllif: Elmir Murad

 

Вся лента