Azərbaycan Türkiyəyə xurma ixrac edəcək? - Nazirliyə müraciət olundu

17:29 - 13.09.2021


13 sentyabr, Fineko/abc.az. "Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyi İqtisadiyyat Naziriliyinə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliynə (AZPROMO) və Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Assosiasiyanın İdarə Heyətinin sədri Qadir Yusifov bildirib.

Onun sözlərinə görə, müraciətin məqsədi Türkiyənin xurma idxalçıları ilə görüşün təşkil olunmasıdır: "Həmin qurumlar bizə yeni bazarlara, o cümlədən Türkiyə bazarına çıxmaqda köməklik göstərsinlər. Azərbaycanla Türkiyə arasında əldə edilmiş razılığa görə, 15 məhsulun ixracı əlavə dəyər vergisindən (ƏDV) azaddır. Bu məhsulların arasında xurma da var. Yerli ixracatçılara lazım olan əsas məsələ onların Türkiyəli alıcıları ilə əlaqələndirilməsidir. Əks halda ölkələrarası bu razılıq icra edilməyəcək və ancaq sənəd olaraq qalacaq", - deyə o, qeyd edib.

 

Вся лента