“Mənnur Tikinti” MMC cərimələndi - Səbəb

10:48 - 14.09.2021


 14 sentyabr, Fineko/abc.az.   “Mənnur Tikinti” MMC 20 min manat cərimə edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Qazax Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, “Mənnur Tikinti” MMC tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozularaq qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb edilməsi, həmçinin fəhlənin tikinti zamanı az ağır dərəcəli bədən xəsarəti alması faktına dair Qazax Rayon Prokurorluğunda aparılan yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192.1 və 198.3-cü maddəlləri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb.

Вся лента