"Dostluq" yatağında hasilat nə vaxt başlayacaq? - Açıqlama

17:05 - 14.09.2021


 14 sentyabr, Fineko/abc.az.  Xəzər dənizinin Azərbaycan və Türkmənistanla sərhədində yerləşən “Dostluq” yatağında 3-5 il sonra hasilat başlaya bilər.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov İCİS-ə müsahibəsində bildirib. "Hesab edirəm ki, tərəflər (Azərbaycan və Türkmənistan) arasında yekun razılaşmanın imzalanmasından 3-5 il sonra hasilat başlayacaq", - deyə V.Bəylərbəyov bildirib.

Qeyd edək ki, əvvəllər mübahisəli olan “Kəpəz/Serdar” yatağı kimi digər dəniz qaz yataqlarının adı "Dostluq" olaraq dəyişdirilib. Müxtəlif mənbələrin məlumatına əsasən, bu yataqda ən azı 30 milyard kubmetr təbii qaz və kommersiya nefti mövcuddur ki, bu da Azərbaycan və Türkmənistan tərəfindən birgə hasil edilələcək.

Вся лента