Repitetorluqla bağlı yeni qaydalar

10:21 - 20.09.2021


20 sentyabr, Fineko/abc.az. Fərdi qaydada hazırlıq keçən, repetitorluq fəaliyyəti ilə məşğul olan müəllimlər gəlirin vergisini necə ödəməlidirlər?

Dövlət Vergi Xidmətindən ABC.AZ-a verilən məlumata görə, repetitorluq xidmətinin göstərilməsi üzrə fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başlandığı günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır.

Vergi orqanlarında uçota alındıqdan sonra vergiödəyicisi tərəfindən seçilmiş vergitutma metodundan (gəlir vergisi və ya sadələşdirilmiş vergi) asılı olaraq əldə olunan gəlirlərdən vergi hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

 

Вся лента