330x110
 

İpoteka Fondu tender qalibini elan etdi - Müqavilə imzalandı

20.09.2021,14:22


20 sentyabr, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu "Avtonəqliyyat vasitələrinin satın alınması" üçün keçirdiyi tenderi yekunlaşdırıb.

ABC.AZ-ın məlumatına görə, Fond qalib şirkət ilə məbləği 106 min 356 manat olan müqavilə imzalayıb.

Qalib şirkət olaraq isə "Autouniversal" MMC-ni seçib. Qeyd edək ki, "Autouniversal" Fiat avtomobillərinin Azərbaycanda dileridir.