Alma və pomidorun Rusiyaya vaqonlarla daşınması müddəti uzadıldı - Razılıq

15:36 - 20.09.2021


20 sentyabr, Fineko/abc.az. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycandan Rusiyaya dəmir yolu vaqonları ilə alma və pomidor tədarükünə dair icazə 2022-ci ilin aprelin 1-dək uzadıb.

ABC.AZ-ın məlumatına görə, bu qərar "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvertlə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlı arasında aparılan danışıqların nəticələrinə əsasən qəbul edilib.

Qeyd olunan tarixdən sonra konteyner daşımalarına keçid təmin ediləcək.

 

Вся лента