"MİDA" Yasamaldakı binalarda liftlər üçün satınalma həyata keçirəcək

16:33 - 20.09.2021


20 sentyabr, Fineko/abc.az. "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında, Qanlı Gölün şimal hissəsində inşa olunan yaşayış binalarında quraşdırılan sərnişin liftlərinə texniki xidmət göstərilməsi kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.

ABC.AZ xəbər verir ki, kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 20.09.2021 16:41 - 06.10.2021 17:00 tarixinədək qəbul olunur.

Maraqlanan təşkilatlar +994125945401 (239) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

 

Вся лента