Azərbaycanda xarici ticarətlə məşğul olanların sayı artıb ya azalıb?

10:24 - 21.09.2021


21 sentyabr, Fineko/abc.az. Azərbaycanda idxal və ixrac əməliyyatları ilə məşğul olanların sayı artır.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin 8 ayında (yanvar-avqust dövründə) xarici ticarət iştirakçılarının sayı 45 min 39 şəxs olub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 min 476 şəxs çoxdur. 2020-ci ilin 8 ayında xarici ticarət iştirakçılarının sayı 32 min 563 şəxs təşkil etmişdi.

Hüquqi şəxs olan xarici ticarət iştirakçılarının sayı 559 şəxs artaraq 7 min 630 şəxsə, fiziki şəxs olan xarici ticarət iştirakçılarının sayı isə 11 min 917 şəxs artaraq 37 min 409 şəxsə yüksəlib.

Ötən ilin 8 ayında 7 min 71 hüquqi, 25 min 492 fiziki şəxs xarici ticarət iştirakçısı idi.

Qeyd edək ki, 2020-ci ilin 12 ayı ərzində xarici ticarət iştirakçılarının sayı 45 min 462, o cümlədən fiziki şəxslərin sayı 37 min 211, hüquqi şəxslərin sayı 8 min 251 olmuşdu.

 

Вся лента